Türkiyə XİN-i yunanların soyqırımı ilə bağlı Afinanın açıqlamalarına hiddətlə reaksiya verib

Türkiyə XİN-i yunanların soyqırımı ilə bağlı Afinanın açıqlamalarına hiddətlə reaksiya verib

Türkiyə Xarici İşlər Nazirliyi Afinanın Pontus və Kiçik Asiya yunanlarının Soyqırımının Anma Günü ilə bağlı açıqlamalarına hiddətlə reaksiya verib.

Ankara həmin hadisələrin ildönümü ilə bağlı bəyanatları “cəfəngiyyat” adlandırıb.

“Keçmişə əsaslanan düşmənçiliyi qızışdırmaq cəhdləri yalnız gənc nəsli çaşdırır və sülh və sabitliyin bərqərar edilməsi səylərinə heç bir fayda vermir”,- bəyanatda qeyd olunub.

Qeyd edək ki, Ermənistan 2015-ci ildə Pontus yunanlarının soyqırımını tanıyıb. Yunanıstanda 19 may Pontus yunanlarının soyqırımı günü kimi qeyd olunur.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT