Fransa XİN nümayəndələri və NATO Baş Katibi Azərbaycana səfər edəcəklər

Fransa XİN nümayəndələri və NATO Baş Katibi Azərbaycana səfər edəcəklər

Gələn həftə "Şərq Tərəfdaşlığı" məsələləri üzrə səfir Bris Rokfey Bakıya rəsmi səfərə gedəcək, bu barədə Fransa XİN məlumat yayıb. 

Səfər aprelin 11-də Yerevandan başlayan regional səfərin davamı olacaq. Paris Ermənistan və Azərbaycan XİN başçılarının birbaşa dialoqunu və iki ölkənin sərhəd məsələləri və sülh müqaviləsinin bağlanması üzrə ikitərəfli komissiya yaratmaq qərarını alqışlayır. Fransa bu prosesə dəstək göstərmək niyyətindədir, deyə məlumatda qeyd edilir.

Aprelin 28-29-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi səfiri Xavyer Kolomina da eyni missiya ilə Bakıya səfər edəcək. Buna qədər o, Yerevanda və Tbilisidə səfərdə olub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT