Rusiya çoxqütblü dünya yaradır։ Rusiya xarici kəşfiyyatının rəhbəri

Rusiya çoxqütblü dünya yaradır։ Rusiya xarici kəşfiyyatının rəhbəri

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin bildirdi ki, bu gün Rusiya çoxqütblü dünya yaradır. 

“Hazırda gözlərimiz önündə Avropa və dünya tarixində prinsipcə yeni mərhələ açılır. Onun mahiyyəti təkqütblü dünyanın və ən güclünün, yəni ki, ABŞ-ın hüququna əsaslanan beynəlxalq münasibətlər sisteminin dağılmasından ibarətdir”, - deyə Narışkin qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton Yuqoslaviya, Əfqanıstan, İraq, Liviya, Suriyada hegemonluğunu nümayiş etdirməyə çalışıb və bu gün Rusiya bu sistemə açıq çağırış göndərir.

“O, heç vaxt mövcud olmayan və gələcəkdə hamının, hətta indiki rəqiblərimizin də faydalanacağı həqiqətən çoxqütblü dünya yaradır”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT