Azərbaycan əsgərlərinin öz başlanğıc mövqelərinə qayıtması üçün bütün tərəflər əlindən gələni etməlidir: Sanosyan

Azərbaycan əsgərlərinin öz başlanğıc mövqelərinə qayıtması üçün bütün tərəflər əlindən gələni etməlidir: Sanosyan

Azərbaycan bölmələri başlanğıc mövqelərinə qayıtmalıdırlar. Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan bu gün Parlamentdə  jurnalistlərlə söhbət zamanı deyib.

“Bir şey aydındır ki, onların noyabrın 9-da dayandıqları mövqelər həm kənd istiqamətində, həm də təpə istiqamətində pozulub. Və bütün tərəflər Azərbaycan əsgərlərinin öz başlanğıc mövqelərinə qaytarılması üçün əlindən gələni etməlidir. Bu, çox aydındır” - deyə Gnel Sanosyan bildirib.

Xatırladaq ki, Artsax İnformasiya Qərargahı Azərbaycan qoşunlarının Karagluxun bir hissəsində möhkəmləndirilmiş mövqelərdə qalmaqda davam etdiyini bildirib.

“Azərbaycan tərəfinin başlanğıc mövqeyinə qaytarılması istiqamətində Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə iş aparılır” – deyə məlumatda qeyd olunur.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT