Azərbaycan tərəfi bu gündən qaz kəmərinin təmirinə başlayı։ Artsaxda qaz təchizatı tezliklə bərpa olunacaq

Azərbaycan tərəfi bu gündən qaz kəmərinin təmirinə başlayı։ Artsaxda qaz təchizatı tezliklə bərpa olunacaq

Martın 8-dən etibarən ER hökuməti və Rusiya sülhməramlılarının dəstəyi ilə aparılan danışıqlar sayəsində Azərbaycan tərəfi bu gün zədələnmiş qaz kəmərinin təmirinə başlayıb. Bu barədə Artsax İnformasiya Qərargahı məlumat yayıb.

"Ona görə də, razılaşmaya əsasən, qazın təchizatı qısa müddət ərzində bərpa olunacaq. Artsax hakimiyyəti bunun bir an əvvəl baş verməsi üçün bütün səylərini göstərir.

Artsax hökuməti yaranmış çətinliklərə görə bütün vətəndaşlardan üzr istəyir, əmin edir ki, biz birliyimiz, qətiyyətimiz və səbrimizlə Artsaxın üzləşdiyi bütün problemlərin öhdəsindən gələ bilərik” – deyə bəyanatda deyilir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT