Qərb Rusiya ilə münasibətlərində bir sıra səhvlərə yol verdi: Jozep Borrel

Qərb Rusiya ilə münasibətlərində bir sıra səhvlərə yol verdi: Jozep Borrel

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel TF1 telekanalına müsahibəsində qeyd etdi ki, Qərb Rusiya ilə münasibətlərində bir sıra səhvlərə yol verdi.

“Rusiyanın Qərblə yaxınlaşması imkanını itirmişik. Elə məqamlar var ki, biz daha yaxşısını edə bilərdik, elə məqamlar var ki, biz onları təklif etmişik, sonra həyata keçirə bilməmişik. Məsələn, Ukrayna və Gürcüstanın NATO-ya daxil olması vədi... Məncə, tuta bilməyəcəyimiz vədlər vermək səhvdir”, - diplomat vurğulayıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT