Taliblər Rusiya, Ukraynanı dialoqa və sülhə çağırıb

Taliblər Rusiya, Ukraynanı dialoqa və sülhə çağırıb

“Taliban” rejimi Rusiya və Ukraynanı problemləri dialoq və sülh yolu ilə həll etməsinə çağırır. O, Rusiya və Ukrayna arasında baş verən hadisələrdə tərəfsiz olduğunu açıqlayıb. Bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Kahhar Balhi sosial media hesabından paylaşım edib.  

O, "Taliban”ın Ukraynadakı hadisələri diqqətlə izlədiyini və dinc əhali arasında itkilərin artmasından narahat olduğunu bildirib. Hər iki tərəfin geri addım atmalı olduğunu vurğulayan Belhi, "Tərəflər şiddəti gücləndirə biləcək mövqeləri dayandırmalıdır”, - deyə əlavə edib.

Qurum rəsmisi hər iki tərəfdən Ukraynada yaşayan əfqan tələbələrin və immiqrantların təhlükəsizliyini təmin etməsini istəyib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT