logo

Tağavard icmasının dinc əhalisi yenidən hədəfə alınıb

Tağavard icmasının dinc əhalisi yenidən hədəfə alınıb

Fevralın 18-də, saat 17:00 radələrində Artsax Respublikasının Martuni rayonunun Tağavard icmasının yaxınlığında azərbaycanlıların mövqelərindən icmanın evləri hədəfə alınıb və atıcı silahlardan adıçəkilən icmanın yaşayış evləri istiqamətində atəş açılıb, nəticədə güllələr evlərin divarlarının bayır hissələrini zədələyib, güllələrdən biri isə sakinlərdən birinin mənzilinin pəncərəsinə dəyib və içəriyə daxil olub.

Artsax Respublikası Prokurorluğunun məlumatına görə, hadisədən dərhal sonra istintaq orqanının əməkdaşları cinayətin nəticələrini sənədləşdirmək və sübutları təsbit etmək üçün Tağavard icmasına gediblər. Prokurorluq hadisə barədə Rusiyanın Artsaxdakı sülhməramlı  kontingentinə cəlb olunmuş prokurora məlumat verib, həmçinin hadisənin ilkin sübutlarını təqdim edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT