ATƏT-in fəaliyyətdə olan sədri Rusiya və Ukraynaya səfər edəcək: Artsaxdakı vəziyyət də gündəmdə olacaq

ATƏT-in fəaliyyətdə olan sədri Rusiya və Ukraynaya səfər edəcək: Artsaxdakı vəziyyət də gündəmdə olacaq

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbignev Raun bu həftə prezident Vladimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba və digər rəsmi şəxslərlə görüşmək üçün Ukraynaya səfər edəcək.

ATƏT-in fəaliyyətdə olan sədri fevralın 15-də Moskvada olacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş planlaşdırılır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, tərəflər bir sıra qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Ukraynanın şərqində, Dağlıq Qarabağda və Dnestryanı bölgədə vəziyyətin nizamlanmasında ATƏT-in rolunu müzakirə edəcəklər. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT