Rusiya Ukrayna yaxınlığında genişmiqyaslı hərbi təlimlərinə başlayıb

Rusiya Ukrayna yaxınlığında genişmiqyaslı hərbi təlimlərinə başlayıb

Rusiya ordusu Cənub Hərbi Dairəsində və Belarusda  genişmiqyaslı hərbi təlimlər keçirir. Rusiyanın cənubunda 8 regionun 15 hərbi poliqonunda, həmçinin Abxaziya və Cənubi Osetiyada hərbi təlimlər keçirilir. 

Rusiyanın Baltik və Şimal donanmasının altı böyük desant gəmisi Aralıq dənizindən Qara dənizə doğru hərəkət edir. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Onların təlimlərdə iştirak edəcəkləri qeyd edilir: “Rusiya Hərbi Dəniz Qüvvələrinin iri desant gəmilərindən ibarət bir dəstə Bosfor və Dardanel boğazlarından keçməyə başlayıb. Gəmilər Aralıq dənizindən Qara dənizə keçid edir. Gəmilər orada dəniz təlimlərində iştirak edəcəklər”.

Əlavə edilib ki, hazırda “Korolev”, “Minsk” və “Kalininqrad” iri desant gəmilərinin ekipajları Dardanel boğazındadır. Desant gəmiləri “Pyotr Morqunov”, “Georgi Pobedonosets” və “Oleneqorskiy qornyak” növbəti gün Qara dəniz boğazlarından keçəcək.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT