Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini ötüb

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini ötüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 683 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 637 429 nəfər müalicə olunaraq sağalıb, 8 823 nəfər ölüb. 37 224 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 481, bu günə qədər isə ümumilikdə 6 227 883 test icra olunub.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT