Azərbaycanda həbsdə olan jurnalist azad olunması və şikayətinə ədalətli baxılması tələbilə aclığını davam etdirir

Azərbaycanda həbsdə olan jurnalist azad olunması və şikayətinə ədalətli baxılması tələbilə aclığını davam etdirir

Azərbaycanda həbsdə olan baş redaktor Polad Aslanov Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində 19 gündür aclığı davam etdirir. 

Azərbaycan KİV-in məlumatına görə, Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə ədalətli baxılması tələbilə aclıq edir.

Fevralın 3-də Ali Məhkəmədə Polad Aslanovun kassasiya şikayətinə baxılacaq.

Baş prokuror Kamran Əliyev yanvarın 17-də jurnalistin həyat yoldaşı Gülmirə Aslanovanı qəbul edib və jurnalistin kassasiya şikayətinə obyektiv baxılacağını və ədalətli qərar veriləcəyini deyib. Lakin jurnalist hələ də aclığını dayandırmayıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT