Türkiyə Yerevan-İstanbul-Yerevan təyyarə reysinin açılmasına icazə verdi, ilk uçuş fevralın 2-nə planlaşdırılıb

Türkiyə Yerevan-İstanbul-Yerevan  təyyarə reysinin açılmasına icazə verdi, ilk uçuş fevralın 2-nə planlaşdırılıb

Türkiyə hakimiyyəti Ermənistanın "Flyone Armenia" şirkətinə Yerevan-İstanbul-Yerevan reysinin açılması üçün icazə verib. 

Şirkətdən verilən məlumata görə, sözügedən istiqamətdə ilk uçuş fevralın 2-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.

“Pegasus” müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib.

Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.

Dekabr ayında bu barədə müvafiq icazə Ermənistanın mülki aviasiyası tərəfindən təqdim olunub. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT