Vyanada İranla bağlı nüvə danışıqları davam edir

Vyanada İranla bağlı nüvə danışıqları davam edir

Vyanada İranla bağlı nüvə danışıqların dördüncü günündə Tehranın baş müzakirəçisi Əli Baqiri danışıqlarda iştirak edən üç Avropa ölkəsi: İngiltərə, Fransa və Almaniyanın nümayəndə heyətlərinin başçıları, həmçinin Aİ-nin Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora ilə görüşüb.

Bu barədə “Pars Today” bildirdi.

Qeyd olunur ki, İran tərəfi sanksiyaların ləğvi istiqamətində danışıqlar aparır.

Əli Baqiri danışıqlar prosesini müsbət qiymətləndirib.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixayil Ulyanov qeyd etdi ki, “beşlik” nümayəndələri də ABŞ nümayəndə heyəti ilə görüşü müsbət qiymətləndiriblər. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT