İlin sonuna kimi Artsaxda daha 10 ailəyə mənzillər veriləcək

İlin sonuna kimi Artsaxda daha 10 ailəyə mənzillər veriləcək

Dekabrın 27-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan “Qaçqın Qadınlar Birliyi” qeyri-hökumət təşkilatının sədri Ruzanna Avaqyanın başçılıq etdiyi heyətini qəbul etdi.

Arayik Harutyunyan vurğuladı ki, 1990-cı illərdən bəri mənzil növbəsini gözləyən qaçqınların ehtiyacları 2020-ci ildə Azərbaycan təcavüzünün səbəbindən yaranmış humanitar və sosial vəziyyət, eləcə də yeni məcburi köçkün olmuş vətəndaşların problemləri kontekstində diqqətdən kənarda qalmayacaq.

Arayik Harutyunyan qeyd etdi ki, ilin sonuna qədər daha 10 ailəyə ev veriləcək, qalan ailələr isə artıq dövlət dəstəyi proqramlarına cəlb olunublar və yaxın vaxtlarda mənzillərlə təmin olunacaqlar.

Bir sıra sosial, təhlükəsizlik, daxili və xarici siyasət məsələləri də müzakirə olunub.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT