Fransa Senatında Artsaxla bağlı beynəlxalq maarifləndirmə qrupu yaradılıb

Fransa Senatında Artsaxla bağlı beynəlxalq maarifləndirmə qrupu yaradılıb

Fransa Senatında Artsaxla bağlı beynəlxalq maarifləndirmə qrupu yaradılıb. Bu barədə Artsax Respublikasının ərazi idarəetmə və infrastruktur naziri Hayk Xanumyan öz Facebook səhifəsində yazıb.

“Mən noyabrda Fransaya səfəri zamanı Senat çoxluğunun lideri Bruno Retayo ilə bu ideya barədə danışmışam.

Mən senatora Artsax Respublikasının tanınması haqqında qətnamənin təşəbbüskarı olduğuna görə təşəkkür etdim və senatda Artsax üzrə rəsmi qrup yaradılmasını təklif etdim.

Bir neçə saat əvvəl B. Retayo tviterdə  belə bir qrupun artıq mövcud olduğunu yazıb. Bu mühüm hadisə ilə əlaqədar olaraq, Artsaxın Fransadakı Daimi Nümayəndəliyinin işinin səmərəliliyini vurğulamalıyıq”,-deyə Xanumyan qeyd etdi. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT