logo

Azərbaycanda son sutkada 1156 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 1156 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 156 yeni yoluxma faktı qeydə alınıb, 1 739 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 607 076 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 580 495 nəfər müalicə olunaraq sağalıb, 8 137 nəfər ölüb, aktiv xəstə sayı 18 444 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 848, ötən müddət ərzində isə ümumilikdə 5 706 189 test aparılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT