Azərbaycan tərəfi Karmir Şuka istiqamətində yerləşən mövqelərindən atəş açıb: Artsax Ombudsmanı

Azərbaycan tərəfi Karmir Şuka istiqamətində yerləşən mövqelərindən atəş açıb: Artsax Ombudsmanı

Dekabrın 2-də saat 10:30 radələrində Azərbaycan tərəfi Artsax Respublikasının Martuni rayonunun Karmir Şuka kəndi istiqamətində yerləşən mövqelərdən 10-15 dəqiqə atəş açıb. Əsasən odlu silahlardan istifadə olunub. Bu barədə Artsax Ombudsmanı Qeğam Stepanyan məlumat verib.

Atışma nəticəsində insan və ya maddi tələfat faktı qeydə alınmayıb.

Qeyd olunub ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatla müəyyən edilmiş atəşkəs rejimini və yüksək səviyyədə əldə olunmuş razılaşmaları pozaraq, Artsax xalqının hüquqlarına qarşı cinayət əməllərini davam etdirir.

“Atəşkəs əldə olunandan sonra biz dəfələrlə bildirmişik ki, Azərbaycan tərəfi bu cür cinayətkar əməlləri ilə Artsaxda yaşayan insanları qorxutmaq, qorxu və ümidsizlik mühiti yaratmaqla ermənilərin Artsaxdan çıxarılmasına nail olmaq istəyir”,-deyə Ombudsman vurğuladı. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT