Azərbaycanda 1678 nəfər koronavirusa yoluxub, 23 nəfər ölüb

Son sutkada Azərbaycan Respublikasında koronavirus infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər sağalıb, 23 nəfər vəfat edib.
Xəbəri Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Aktiv xəstə sayı 25 713 nəfər təşkil edir. Gün ərzində 12620 test icra olunub.





