Bu gün Soçidə Paşinyan-Putin-Əliyev görüşü baş tutacaq

Bu gün Soçidə Paşinyan-Putin-Əliyev görüşü baş tutacaq

Bu gün Soçidə Rusiya liderinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin üçtərəfli görüşü baş tutacaq.

Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər. Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə ediləcək. 

Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər. Putinin Əliyev və Paşinyanla təkbətək görüşəcəyi nəzərdə tutulur.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT