Sülhməramlılar bir ay ərzində 4000-dən çox avtomobilin Artsaxa çıxışını və girişini təmin ediblər

Sülhməramlılar bir ay ərzində 4000-dən çox avtomobilin Artsaxa çıxışını və girişini təmin ediblər

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Laçın dəhlizi ilə 4000-dən çox tranzit avtomobil nəqliyyatının və 7,5 min nəfərə yaxın insanın Dağlıq Qarabağa təhlükəsiz giriş-çıxışını təmin ediblər. Məlumatı RF Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

“Biz DQ ərazisində atəşkəs rejiminə əməl edirik, nəzarət-pasport rejimi həyata keçiririk. Hər gün 150-dən çox avtomobil keçir” , - deyə sülhməramlı kontingentinin nümayəndəsi Oleq Glebov qeyd edib. 

Mövcud vəziyyətə nəzarət etmək üçün nəzərdə tutulan bütün müşahidə məntəqələri müasir videoçəkiliş aparatları ilə təchiz olunub.

Rusiya sülhməramlı qüvvələrinin 27 müşahidə məntəqəsi sərhəd xətti boyunca və DQ Laçın dəhlizində yerləşir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT