Ermənistanda daha 378 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 378 nəfərdə koronavirus aşkarlanıb, 1962 nəfər sağalıb
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 328 963 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 39 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 055-ə çatıb.





