Ermənistan, Azərbaycan və Fransa xarici işlər nazirlərinin görüşü olub

Ermənistan, Azərbaycan və Fransa xarici işlər nazirlərinin görüşü olub

Noyabrın 10-da Parisdə Fransanın xarici işlər naziri Jan-İv le Drian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Bu barədə Fransan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Öncə fransalı nazir həmkarlarını ayrı-ayrılıqda qəbul edib. Daha sonra görüş üç nazir arasında baş tutub.

Görüş zamanı Fransa diplomatiyasının rəhbəri ölkəsinin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşməsinə yardım etmək istəyini bir daha vurğulayıb.

Nazir həmkarları ilə siyasi səviyyədə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT