Rusiya sülhməramlıları Azərbaycan silahlı qüvvələri tərəfindən mülki erməninin öldürüldüyünü təsdiqləyib

Rusiya sülhməramlıları  Azərbaycan silahlı qüvvələri tərəfindən mülki erməninin öldürüldüyünü təsdiqləyib

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin noyabrın 9-na olan informasiya bülletenində Şuşi şəhəri yaxınlığında atəşkəs rejiminin pozulması ilə bağlı məlumat dərc olunub.

Məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin bir pozulması faktı qeydə alınıb. Noyabrın 8-də Yerevan vaxtı ilə saat 14:40-da Şuşiyə yaxın ərazidə Dağlıq Qarabağdan olan 4 nəfərdən ibarət işçi qrupu Azərbaycan tərəfdən atəşə tutulub. Nəticədə 3 nəfər yaralanıb, 1 nəfər həlak olub.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə insidentlə bağlı araşdırma aparır”, - deyə məlumatda bildirilib.

Azərbaycan Müdafiə Nazirliyi bu məsələ ilə bağlı açıqlama verməyib. Ermənistan tərəfinin məlumatına görə, atəşi bir Azərbaycan əsgəri açıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT