Ermənistanda daha 1835 nəfərdə koronavirus aşkarlanıb, 1987 nəfər sağalıb

Ermənistanda daha 1835 nəfərdə koronavirus aşkarlanıb, 1987 nəfər sağalıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 316 839 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 50 nəfər ölüb. Bununla da ölənlərin sayı 6582-yə çatıb.





