logo

Azərbaycanda son sutkada 2706 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

Azərbaycanda son sutkada 2706 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2706 yeni yoluxma faktı qeydə alınıb, 1937 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 539 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7182 nəfər ölüb, aktiv xəstə sayı 31 020 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddət ərzində isə ümumilikdə 5 243 038 test aparılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT