İran oktyabrın 1-də ölkənin şimal-qərb bölgəsində təlimlərə başlayacaq

İran oktyabrın 1-də ölkənin şimal-qərb bölgəsində təlimlərə başlayacaq

İran Silahlı Qüvvələrinin Quru Qoşunları oktyabrın 1-də ölkənin şimal-qərb bölgəsində təlimlərə başlayacaq. “İsna” agentliyi  xəbər verir ki, bu barədə İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.

Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.

Heydəri qeyd edib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılması və hərbi texnikanın sınaqdan keçirilməsidir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT