2020-cı ildə əldə edilmiş üçtərəfli razılaşmaların əsas nəticəsi sabitlikdir: Lavrov

2020-cı ildə əldə edilmiş üçtərəfli razılaşmaların əsas nəticəsi sabitlikdir: Lavrov

2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razlaşmaların nəticəsi Qarabağda hərbi əməliyyatların tam dayandırılmasıdır. Bu barədə sentyabrın 28-də keçirdiyi mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Rusiya sülhməramlı kontingentinin səyi nəticəsində hazırda heç bir zorakılıq əməlləri müşahidə etmirik. İlkin mərhələdə qeydə alınan kiçik insidentlər tez bir zamanda həll olundu. Bir daha vurğulamaq istərdim: orada vəziyyət hazırda sabitdir, baxmayaraq ki, əlbəttə bir sıra problemlər hələ də var", - deyə Rusiya XİN rəhbəri qeyd edib.

Lavrov həmçinin bildirib ki, ATƏT Minsk qrupunun həmsdərlərinin Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə həmsədrlərin Dağlıq qarabağa işgüzar səfərlərinin bərpası barədə razılıq əldə olunub.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT