Quterreş dialoqun yenidən bərpasını alqışladı

Quterreş dialoqun yenidən bərpasını alqışladı

BMT Baş katibi, ATƏT Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycanın xarici işlər nazirlər arasında keçirilən görüşü ilə bağlı 24 sentyabr bəyanatını alqışladı.

Bəyanatı Baş katibin ofisi yayıb.

“Quterreş Qarabağ münaqişəsindən bir il sonra nazirlər səviyyəsində birbaşa dialoqun bərpasını müsbət qiymətləndirir və ümid edir ki, bu səylər problemləri həll etmək və davamlı sülhə nail olmaq üçün daha geniş dialoqun bir hissəsinə çevriləcək”,- bəyanatda qeyd olunub. 

Baş katib bütün tərəfləri bölgədəki əhalinin rifahı naminə bütün səviyyələrdə sülhün və əməkdaşlığın təşviqinə diqqət yetirilməsinə çağırıb.

“BMT davam edən humanitar, yenidənqurma, inkişaf və sülh quruculuğu fəaliyyətləri ilə bu cür səyləri dəstəkləməyə hazırdır", - bəyanatda deyilir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT