Çex Respublikasında Erməni Soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş xaçkarın açılışı olub

Çex Respublikasında Erməni Soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş xaçkarın açılışı olub

Ermənistanın Çex Respublikasında səfiri Aşot Hovakimyan Kralupun Nad Vltavou şəhərinin mərkəzi parkında Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş xaçkarın açılış mərasimində iştirak etdi.

Mərasimdə mer Marek Çexman və onun müavini Labor Leşak, ttəşəbbüsün müəllifi, Şəhər Şurasının üzvü Telman Nersisyan və digər şəxlər iştirak ediblər. 

Bu barədə Ermənistanın Praqadakı səfirliyi məlumat yayıb.

Mərasimdə Erməni Soyqırımı haqqında kitabın çex müəllifi Marek Yandak və Praqanın Rjeporiya meri Pavel Novotni də çıxış etdilər.

Səfir Hovakimyan təşəbbüsə görə Telman Nersisyana, şəhər rəhbərliyinə bu təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür etdi. Səfir həmçinin Erməni Soyqırımının tanınmasına görə Çexiya Parlamentinə də təşəkkürünü bildirdi. 

Səfir keçən il Azərbaycanın Artsaxa üarşı başlatdığı təcavüzə, hazırda Artsaxın işğal olunmuş ərazilərdə mədəni irsinin məhv edilməsinə  də toxundu.  

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT