ER Baş nazirinin müavini Mher Grigoryan AİK Şurasının iclasında iştirak edib

ER Baş nazirinin müavini Mher Grigoryan Avrasiya İqtisadi Komissiyası (AİK) Şurasının videoiclasında iştirak edib.
İclasın gündəliyinə Avrasiya İqtisadi Birliyi (AİB) daxilində inteqrasiya proseslərinin inkişafı və üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin dərinləşməsi ilə bağlı otuzdan çox məsələ daxil idi.





