Ararat Mirzoyan Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyinin rəhbəri ilə əsirlərin məsələsini müzakirə etdi

Ararat Mirzoyan Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyinin rəhbəri ilə əsirlərin məsələsini müzakirə etdi

Sentyabrın 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorini qəbul etdi.  

Tərəflər siyasi dialoq, ticarət-iqtisadi əlaqələr, təhsil, nəqliyyat, enerji və ətraf mühit, ER-AB əlaqələri, demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi sahələrində əməkdaşlığın təşviqinə toxunublar.

Nazir Mirzoyan həmsöhbətinin diqqətini Azərbaycan silahlı qüvvələrinin bölmələrinin Ermənistan Respublikasının suveren ərazisinə qarşı həyata keçirdikləri təxribatçı hərəkətlərinə yönəltdi. Bu hərəkətlə bölgənin təhlükəsizliyi və davamlı inkişafı üçün ciddi təhdid yaradırlar.

Tərəflər 44 günlük müharibədən sonra Artsaxda yaradılan humanitar məsələlərə də toxunublar. Bu kontekstdə Ararat Mirzoyan Azərbaycanda əsirlikdə olan erməni hərbi əsirlərin və mülki şəxslərin qeyd-şərtsiz geri qaytarılması məsələsinin vacibliyini vurğuladı.

Nazir Mirzoyan, həmçinin Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli  həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində sülh prosesinin yenidən bərpasına əhəmiyyət verib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT