Ermənistan Respublikası Artsax xalqının öz müqəddəratını təyin etmək, öz vətənində azad və ləyaqətlə yaşamaq hüququnun həyata keçirilməsini ardıcıl olaraq müdafiə edəcək: XİN

Ermənistan Respublikası Artsax xalqının öz müqəddəratını təyin etmək, öz vətənində azad və ləyaqətlə yaşamaq hüququnun həyata keçirilməsini ardıcıl olaraq müdafiə edəcək: XİN

ER Xarici İşlər Nazirliyi Artsax Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, 30 il əvvəl 1991-ci ilin sentyabrın 2-də SSRİ qanunu əsasında, Dağlıq Qarabağ Muxtar Vilayətinin və Şahumyan rayonunun bütün səviyyəli deputatlarının birgə iclasında Dağlıq Qarabağ Respublikası elan edildi və demokratik dəyərlər prinsiplərinə əsaslanan bir dövlətin əsası qoyuldu.

“Müstəqillik bəyannaməsi Artsax ermənilərinin öz vətənlərində azad və təhlükəsiz yaşamaq üçün qırılmaz iradəsinin hüquqi ifadəsi idi. Bu, 1991-ci ilin dekabrın 10-da keçirilmiş referandumda təsdiqləyib.

Bu, onilliklər boyunca Azərbaycan SSR tərəfindən Artsax erməni əhalisinə qarşı ayrı-seçkilik və repressiyası siyasəti ilə bağlıdır. Bu siyasətin məqsədi ermənilərin Artsaxdan çıxarılması idi, bunu da  müxtəlif vaxtlarda Azərbaycan hakimiyyəti tərəfindən ən yüksək səviyyədə elan edib.  

Müstəqillik bəyannaməsi və referendumu ilə  Artsax xalqı, beynəlxalq prinsiplər əsasında məsələnin ədalətli həllinə nail olmaq üçün Qarabağ məsələsini hüquqi yolu ilə qarşıdurma məntiqindən siyasi sahəyə köçürməyə çalışdı.

Artsax ermənilərinin qanuni istəklərinə cavab olaraq, Azərbaycan hakimiyyəti Azərbaycanın erməni məskunlaşdığı əraziləridə və Artsaxda etnik təmizləmə siyasətini davam etdirərək Artsax Respublikasına qarşı genişmiqyaslı müharibə başlatdı.

Azərbaycan hakimiyyəti tərəfindən dövlət səviyyəsində həyata keçirilən ermənilərə qarşı nifrət siyasəti və davamlı olan təhdidlər, 2016-cı ildə və 2020-ci ildə mülki əhalinin, infrastrukturların açıq şəkildə hədəfə alınması ilə müşayiət olunan Artsaxa qarşı hərbi təcavüzlər, erməni mədəni irsinin qəsdən və planlı şəkildə məhv edilməsi sübut edir ki, Artsax erməniləri fiziki mövcudluğu təhlükəsi ilə üzləşməkdə davam edirlər və Azərbaycanın yurisdiksiyası altında yaşaya bilməzlər.

Artsax xalqının varlığı və kimliyi uğrunda apardığı qəhrəmanlıq mübarizəsi bütün ermənilər üçün vətənpərvərlik, cəsarət və dözümlülük nümunəsidir.

Ermənistan Respublikası, Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə və uzunmüddətli sülhün bərqərar olmasına əsas olaraq Artsax xalqının öz müqəddəratını təyin etmə, öz vətənində azad və ləyaqətlə yaşamaq hüququnun həyata keçirilməsini ardıcıl olaraq dəstəkləyəcək”,- bəyanatda qeyd olunub.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT