Artak Beglaryan müharibə zamanı raket hücumuna məruz qalan Stepanakertin N10 məktəbində olub

Artak Beglaryan müharibə zamanı raket hücumuna məruz qalan Stepanakertin N10 məktəbində olub

Artsax Respublikasının Dövlət Naziri Artak Beglaryan müharibə zamanı raket hücumuna məruz qalan Stepanakertin N10 məktəbində olub.

Artak Beglaryan qeyd etdi ki, son müharibə  təhsil sektoruna ağır zərbə vurdu, amma keyfiyyət zərər görməyəcək.

“İnadkar və məqsədyönlü iş sayəsində təhsilin keyfiyyətinə dair fikir və yanaşmalarımızı yenidən nəzərdən keçirmək mümkün olacaq. Dəyər yaratmaq və onu nəsillərimizə ötürmək üçün müharibədən sonra əzmimiz və iradəmizi çoxalmışıq.

Bu, Vətənə xidmətdir, məktəb xidmətin  başlanğıcıdır”,- Artak Beglaryan deyib. 

Dövlət nazir əminliklə bildirdi ki, Artsax Respublikası Hökuməti müəllimlərin peşə keyfiyyətinin yüksəldilməsi və onlara maddi dəstək verilməsi, bina şəraiti təkmilləşdirilməsi baxımından təhsil sahəsində əsaslı və genişmiqyaslı islahatların aparılmasında səy və gücünü əsirgəməyəcəkdir. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT