Avqustun 31-də Rusiyada Lavrov-Mirzoyan görüşü baş tutacaq

Avqustun 31-də Rusiyada Lavrov-Mirzoyan görüşü baş tutacaq

Avqustun 31-də Moskvada  Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşəcəklər.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin bütün sahələrdə dərinləşməsini, ümumi inteqrasiya birliklərində-MDB, KTMT, Avrasiya Iqtisadi Birliyində əməkdaşlığın dərinləşdirilməsini, BMT-də, ATƏT və digər beynəlxalq təşkilatlarda mövqelərini müzakirə edəcəklər.

Tərəflər görüş zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı 9 noyabr 2020 tarxili və 11 yanvar 2021 tarixli Dağlıq Qarabağla bağlı bəyanatların həyata keçirilməsi üçün atılan addımlar, o cümlədən Cənubi Qafqazda humanitar, iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə də toxunacaqlar. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT