Armen Qrigoryan Azərbaycan SQ-in Ermənistan ərazilərinə girməsi ilə bağlı Hindistan XİN-in bəyanatını yüksək qiymətləndirdi

Armen Qrigoryan Azərbaycan SQ-in Ermənistan ərazilərinə girməsi ilə bağlı Hindistan XİN-in bəyanatını yüksək qiymətləndirdi

Avqustun 17-də ER Xİ nazirinin vəzifəsini icra edən Armen Qrigoryan Hindistanın Mədəni Əməkdaşlıq Şurasının sədri Vihay Sahasrabudheni qəbul etdi. 

Armen Qrigoryan ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Hindistanın beynəlxalq ictimayətin nüfuzlu üzvü olaraq qlobal və regional problemlərin həllində əhəmiyyətli rol oynadığını qeyd etdi.

Sahasrabudhe isə vurğuladı ki, Ermənistan Hindistanın etibarlı tərəfdaşlarından biridir. Tərəflər iki ölkə arasında gələcək əməkdaşlığın perspektivli sahələrini müəyyən ediblər.

Tərəflər Azərbaycanın Artsaxa qarşı təcavüzü nəticəsində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi də aparıblar.

Armen Qrigoryan Azərbaycan SQ-in Ermənistanın suveren ərazilərinə girməsi ilə bağlı Hindistan XİN-in bəyanatını yüksək qiymətləndirdi. Vihay Sahasrabudhe isə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh yolu ilə həll edilməsinin vacibliyini vurğuladı.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT