Martuni rayonunun 4 yaşayış məntəqəsi Azərbaycan SQ-nin birbaşa hədəfinə çevrilib: Artsax İnsan Haqları Müdafiəçisi

Martuni rayonunun 4 yaşayış məntəqəsi Azərbaycan SQ-nin birbaşa hədəfinə çevrilib: Artsax İnsan Haqları Müdafiəçisi

Martuni rayonunun Berdaşen, Aşan, Nor Şen, Hatsi, Avdur və Myurişen kənd icmalarının rəhbərləri və sakinləri ilə görüşlər zamanı Artsax İnsan Hüquqları Müdafiəçisi Geğam Stepanyan əhalinin hüquqlarının qorunması vəziyyəti, mövcud problemləri ilə tanış olub. 

"Azərbaycan-Türkiyə təcavüzü səbəbindən, Martuni bölgəsinin adı çəkilən icmaları, xüsusən Nor Şen, Hatsi, Avdur, Myurişen, birbaşa olaraq Azərbaycan silahlı qüvvələrinin hədəfinə çevrilib və  bu icmaların yaxınlığında Azərbaycan SQ-nın mövcudluğu yerli əhalinin fiziki və mənəvi təhlküəsizliyi üçün təhdiddir. 

Buna görə də, mülki əhalinin təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması, xüsusən də Azərbaycan silahlı qüvvələrinin bazalarının dinc yaşayış məntəqələrinin yaxınlığından çıxarılması üçün addımlar atmaq lazımdır”- deyə Stepanyan “Facebook” səhifəsində yazıb.

Qeyd olunub ki, Azərbaycan bazalarının icmaların yaxınlığında olması kənd sakinlərinin məşğulluğu və layiqli iş hüququnun həyata keçirilməsi üçün ciddi problemlər yaradır. 

Görüşlər zamanı toplanan məsələlər, Müdafiəçi tərəfindən dövlətin səlahiyyətli orqanlarına təqdim ediləcək.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT