İslamçılar Deyr əz-Zövrdə erməni kilsəsini dağıdıblar

Zartonk Media “Twitter” mikrobloqunda qeyd edib ki, Kilikio Katolikosluğunun məlumatına görə, Suriyanın Deyr əz-Zövrdəki erməni kompleksi “İslam Dövləti” terror qruplaşması tərəfindən məhv edilib. Məhv edilmiş quruluşun video və fotoları yayımlanıb.
Abidə kompleksi kilsə, muzey, arxiv mərkəzi və sərgi salonu kimi xidmət etmişdir. Hər il aprelin 24-də dünyanın hər yerindən on minlərlə erməni zəvvar, Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün Deyr əz-Zövrü ziyarət edirlər.
Alınan məlumata görə, memorial kompleksi binanın divarları yaxınlığında bomba partlayışları səbəbindən dağıdılıb.





