"Sərhədsiz Reportyorlar" Pegasus proqramı vasitəsilə 200 jurnalistin izlənilməsilə əlaqədar məhkəməyə müraciət edir

"Sərhədsiz Reportyorlar" Pegasus proqramı vasitəsilə 200 jurnalistin izlənilməsilə əlaqədar məhkəməyə müraciət edir

"Sərhədsiz Reportyorlar" mətbuat azadlığının müdafiəsi təşkilatı İsrailin “Pegasus” casus sisteminin köməyilə 20 ölkədən 200 jurnalistin izlənməsi faktı ilə bağlı hiddətləndiyini bildirib.

"Sərhədsiz reportyorlar" bu kütləvi təqiblərə görə məsul şəxslərə qarşı məhkəmə iddiası açmaq niyyətində olduğunu açıqlayır. "Turan"a əsasən, bu barədə təşkilatın bəyanatında deyilir.

"Biz proqramın tərtibçisi - NSO Group-un törətdiyi cinayətə görə və onun mümkün etdiyi faciələrə görə cəzalandırılması üçün əlimizdən gələni edəcəyik. Demokratik ölkələrdə ədalət mühakiməsi sistemləri bu fövqəladə məsələyə baxmalı, faktları müəyyənləşdirməli və günahkarları cəzalandırmalıdır.

Təşkilat bir və ya bir neçə ölkədə məhkəmə iddiaları barədə qərar qəbul edib. Biz jurnalistləri və KİV-ləri casus proqramın ifşa olunmasında iştirak etmək üçün bizimlə əlaqə saxlamağa çağırırıq", - o qeyd edib.

Azərbaycan da daxil olmaqla, 20 ölkədən ən azı 180 jurnalist 2016-cı ildən 2021-ci ilin iyununa qədər İsrail casus şirkətinin müştərilərinin qurbanı olub. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT