Avropa Parlamentində Ermənistanın və ermənilərinin dostu olmağa davam edəcəyəm: Avropa Parlamentinin üzvü

Avropa Parlamentində Ermənistanın və ermənilərinin dostu olmağa davam edəcəyəm: Avropa Parlamentinin üzvü

ER Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan, Avropa Parlamentinin Fransız üzvü, Xarici İşlər Komitəsinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri, Avropa Şurasında La Republique en Marche partiyasının nümayəndə heyətinin rəhbəri Natalie Luazonu qəbul etdi.

Nikol Paşinyan Luazonun Avropa Parlamentindəki ermənipərəst fəaliyyətini yüksək qiymətləndirdi.

“Qətnamədə Türkiyəyə Erməni Soyqırımını qəbul və tanıma çağırışını vacib hesab edirəm", - deyə Nikol Paşinyan vurğuladı.

Nikol Paşinyan Ermənistan-Aİ münasibətlərinin gedişatından məmnunluqla ifadə edərək, qeyd etdi ki, bu münasibətlər dinamik hala gəldi.

ER Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistanın Fransa ilə münasibətlərinin vacibliyini də vurğuladı.

"Hesab edirik ki, Fransa ilə əlaqələrimizin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi gündəmimidə prioritet olmalıdır. Fransa Prezidentinin bölgəmizdəki təhlükəsizlik məsələlərinin konstruktiv həllində rolunu və maraqlı iştirakını yüksək qiymətləndirirəm",- deyə Paşinyan qeyd etdi. 

Natali Luazo səmimi qonaqpərvərliyə görə təşəkkür etdi. O vurğuladı ki,  Avropa Parlamentində Ermənistanın və ermənilərinin dostu olmağa davam edəcək. 

Narali Luazo Dağlıq Qarabağın mədəni irsinin qorunması məsələsinə əhəmiyyət verib. O qeyd etdi ki, bu məqsədlə beynəlxalq təşkilatlara giriş imkanının təmin edilməsi çox vacibdir. 

Tərəflər Ermənistan-AB münasibətləri, Ermənistan-Fransa əməkdaşlığının inkişafı və bölgədə gedən proseslərlə bağlı məsələləri müzakirə etdilər.

Nikol Paşinyan əlavə etdi ki, xanım Luazo Ermənistanın və erməni xalqının böyük dostu sayılır.

"Siz həqiqəti, demokratiyanı, insan haqlarını müdafiə edirsiniz".

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT