Azərbaycanlıların Almaniyadan növbəti kütləvi deportasiyası nəzərdə tutulur

Azərbaycanlıların Almaniyadan növbəti kütləvi deportasiyası nəzərdə tutulur

Almaniyada qanunsuz yaşayan və sığınacaq tələbi rədd edilən Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir.

Azərbaycan mediasında yayılan məlumata görə, ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.

Adları deportasiya ediləcək şəxslərin siyahısında olan 10-dan çox şəxsin də axtarışları aparılır. Münhen polisi Azərbaycan vətəndaşlarının qaldıqları mənzillərə baş çəksə də, deportasiya ediləcək şəxsləri orada tapa bilməyiblər.

Məlumatda bildirilir ki, bu dəfə deportasiya ediləcək şəxslər 2016-2019-cu illərdə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər, indiyə kimi möhlət hüququ ilə yaşayanlar və ölkədə qalma müddəti bitən şəxslərdir.

Xatırladaq ki, cari il yanvar ayından indiyədək Almaniyada yaşayan Azərbaycan vətənaşlarının 6 dəfə kütləvi deportasiyası həyata keçirilib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT