Artsaxın Xarici İşlər Nazirliyi Nyu Cersi ştatı tərəfindən Artsax Respublikasının müstəqilliyinin tanınmasını alqışlayır

Artsaxın Xarici İşlər Nazirliyi Nyu Cersi ştatı tərəfindən Artsax Respublikasının müstəqilliyinin tanınmasını alqışlayır

Artsax Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-nın Nyu Cersi ştatı tərəfindən Artsax Respublikasının müstəqilliyinin tanınması ilə bağlı bəyanat yaydı. 

Bəyanatda qeyd olunur ki, Artsax XİN ABŞ-nın Nyu Cersi ştatı tərəfindən Artsax Respublikasının öz müqəddəratını təyin etmə və müstəqillik hüququnun tanınmasını alqışlayır.

“Ştatın Senatının qəbul etdiyi müvafiq qətnamə 1915-ci il Soyqırımı, Azərbaycanın on illərdir davam edən ermənilərə qarşı nifrətlə dolu siyasətini, 2020-ci ildə Türkiyə, Azərbaycan və beynəlxalq terrorçuların Artsax Respublikasına qarşı başlatdığı genişmiqyaslı müharibəni pisləyir. Bunları faktiki olaraq bir soyqırım siyasətinin tərkib hissəsi kimi qəbul olunub.

Sənəd əxlaqın, insanlığın və siyasi dürüstlüyün nümunəvi təzahürüdür. Nyu Cersinin ictimaiyyətinə, qanunverici orqanına, diasporaya qurumlarına və Amerikadakı erməni icmasına ədalət uğrunda mübarizədə göstərdikləri öhdəlik və qətiyyət üçün təşəkkür edirik”,- deyə bəyanatda qeyd olunub.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT