Azərbaycanın XİN başçısı Avstriya, Litva və Rumıniyalı həmkarları ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın XİN başçısı Avstriya, Litva və Rumıniyalı həmkarları ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin digər üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.

“Görüşdə regional təhlükəsizlik məsələləri, regional əməkdaşlığın perspektivləri və Avropa İttifaqı ilə əlaqələr barədə danışdıq”, - o vurğulayıb.

Xatırladaq ki, Avropa İttifaqının üç ölkəsinin - Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Cənubi Qafqaz turu çərçivəsində Bakıya gediblər. Nazirlər Yerevan və Tbilisiyə də səfər edəcəklər.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT