Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 3 qərar elan edib

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 3 qərar elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 24-də Azərbaycandan göndərilmiş daha 6 şikayət üzrə 3 qərar elan edib.

“MeydanTV” bildirir ki, qərara əsasən, Azərbaycan hökuməti ərizəçilərin hər birinə təzminat ödəməlidir․

“Abbasov və başqaları Azərbaycana qarşı” işdə 4 ərizəçi yerli məhkəmə qərarlarının icra edilməməsi və ya icranın yubanmasından şikayət etmişdilər.

Qərara əsasən, hökumət 3 ay ərzində E.Abbasova 3850 avro, A.Nağıyevə 1800 avro, Ə.Bəkirova 1200 avro, Z.Əliyevaya 3850 avro təzminat ödəməlidir.

“Elşən Əliyev Azərbaycana qarşı” iş isə ərizəçinin ölkədən çıxışına yasaq qoyulması ilə bağlı idi.

Bu işdə hökumət ərizəçiyə 5000 avro təzminat və hüquqi xərc və məsrəflərə görə 1000 avro ödməlidir.

“Zülfüqar İbrahimov Azərbaycana qarşı” işdə isə ərizəçi yerli məhkəmələrin həbsi ilə bağlı yetərli və uyğun əsaslar təqdim etməməsi, onun girov qarşılığında sərbəst buraxılması tələbini rədd etdiyini bildirirdi.

Bu işdə ərizəçinin vəkili AİHM-i hökumətin təklif etdiyi 3500 avro təzminatın qarşılığında iddiadan imtina etdikləri barədə bilgiləndirib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT