Dağlıq Qarabağ münaqişəsinin nizmalanmasında Rusiyanın töhfəsi həlledici olub: Putin

Dağlıq Qarabağ münaqişəsinin nizmalanmasında Rusiyanın töhfəsi həlledici olub: Putin

Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. O bildirdi ki, Rusiyanın səyləri ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb.

“Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb. Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür",- deyə Rusiya prezidenti qeyd etdi.

Vladimir Putinin sözlərinə görə, Rusiya, tarixi, mədəni və insani əlaqələri ilə birləşdirilən qonşu ölkələrin təhlükəsizliyi və rifahı ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur.

“Bundan sonra qitəmizdə münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, sülh və sabitliyin möhkəmləndirilməsinə kömək göstərməyə davam edəcəyik”,- o deyib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT