logo

ATƏT-in fəaliyyətdə olan sədri 15 erməni əsirlərin Ermənistana qayıtmasını alqışladı

ATƏT-in fəaliyyətdə olan sədri 15 erməni əsirlərin Ermənistana qayıtmasını alqışladı

ATƏT-in fəaliyyətdə olan sədri Ann Lind tviter mikrobloqunda 15 erməni əslərin vətənə qayıtmasını alqışladı. 

“15 erməni əsirlərin Ermənistana qayıtmasını və minaların təmizlənməsinə kömək edəcək məlumatların Azərbaycana verilməsini alqışlayırıq. Etimadın artırılması üçün bu tədbirlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqların davam etdirilməsi üçün uyğun atmosfer yaratmağa kömək edəcək.

Bu vacib addımlar tərəfləri dialoqa, sabitliyə və hərtərəfli nizamlanmasına yaxınlaşdıracaq”,- deyə Lind yazdı. 

O Gürcüstan və ABŞ hökumətlərinə gördüyü işlərə görə təşəkkür etdi. 

"Bu inkişaflar Cənubi Qafqazda regional əməkdaşlıq üçün həyati  addımdır",- deyə o vurğuladı. 

ATƏT-in sədri Ermənistanı və Azərbaycanı əsirlikdə olan şəxsləri azadlığa etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında yüksək səviyyəli danışıqları bərpa etməyə çağırdı.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT