Ermənistanda daha 95 nəfər koronavirusa yoluxub, 141 nəfər sağalıb

Ermənistanda daha 95 nəfər koronavirusa yoluxub, 141 nəfər sağalıb.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 223 555 -ə çatıb. Koronavirusdan ölənlərin sayı 4 478-ə yüksəlib.
Koronavirusa yoluxan 214 998 nəfər sağalıb. Hazırda 2 983 pasiyent müalicə olunur.





