Ermənistanda son sutkada koronavirusa daha 76 yoluxma qeydə alınıb

Ermənistanda son sutkada koronavirusa daha 76 yoluxma qeydə alınıb, 167 nəfər sağalıb.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 223 460-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 4 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 478-ə yüksəlib.
Koronavirusa yoluxan 214 857 nəfər sağalıb. Hazırda 3 033 pasiyent müalicə olunur.





