ABŞ tərəfləri sərhədlərin demarkasiyası məsələlərini sülh yolu ilə həll etməyə və qoşunları sərhəddən çıxarmağa çağırır

ABŞ tərəfləri sərhədlərin demarkasiyası məsələlərini sülh yolu ilə həll etməyə və qoşunları sərhəddən çıxarmağa çağırır

İyunun 8-də ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı Birləşmiş Ştatların prioritet hesab etdiyi mövzular ətrafında danışıqlar aparıb. Turan-ın məlumatına görə, bunu mətbuat konfransında Filip Riker deyib.

Regional vəziyyətə toxunan Riker Vaşinqtonun Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətdən, gərginliyin artmasından və erməni hərbçilərin əsir düşməsindən narahatlığını ifadə edib. 

“Ermənistanla Azərbaycan arasında münaqişədə çox həyat itirilib və yeni eskalasiyanın mümkünlüyündən çox narahatlıq yaradır. Odur ki, hər iki tərəfi sərhədlərin demarkasiyası məsələlərini sülh yolu ilə həll etməyə və qoşunları sərhəddən çıxarmağa çağırırıq", -  Riker qeyd edib.

Riker deyib ki, ABŞ hər iki tərəfi münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında mümkün qədər tez obyektiv danışıqlara başlamağa çağırır. O əlavə edib ki, ATƏT nəinki münaqişənin özünün, həm də onun humanitar məsələlər də daxil olmaqla, nəticələrinin həllinə kömək etməyə hazır olan təşkilatdır.

Daha sonra o, insan hüquqları və əsas azadlıqlar, o cümlədən vətəndaş cəmiyyəti və müstəqil media məsələlərinin vacibliyini yada salıb. İlham Əliyevlə görüş zamanı bunlar da müzakirə edilib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT