Ermənistanda son sutkada koronavirusa 99 yoluxma qeydə alınıb

Ermənistanda son sutkada koronavirusa 99 yoluxma qeydə alınıb, 81 nəfər sağalıb.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 223 384-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 11 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 474-ə yüksəlib.
Koronavirusa yoluxan 214 690 nəfər sağalıb. Hazırda 3 129 pasiyent müalicə olunur. İndiyədək 1111596 test aparılıb.





